Bayram günlərində ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb
Bayram günlərində ölkə ərazisində gözlənilən hava şərati açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.
Aprelin 21-24-də Bakıda və Abşeron yarımadasında bayram günlərində hava şəraitinin mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir. Aprelin 21-də günün ikinci yarısında qısamüddətə şimal küləyinin güclənəcəyi gözlənilir. 22-24-də isə mülayim cənub küləyi əsəcək. Aprelin 21-i şimal küləyinin güclənməsi ilə əlaqədar havanın bir qədər sərinləşəcəyi, sonraki günlərdə isə havanın maksimal temperaturunun 14-19°, 21, 23, 24-də 20-25 ° isti olacağı gözlənilir.
Naxçıvan bölgəsində aprelin 21-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. 22-si gündüzdən 24-ü axşamadək yağıntılarda fasilə olacağı, hava şəraitinin sabitləşəcəyi gözlənilir. 24-ü axşam hava şəraitinin yenidən dəyişəcəyi, arabir yağıntılı olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 15-20°, bəzi yerlərdə 23-25° isti olacaq.
Qarabağ və Şərqi Zəngəzur bölgəsində aprelin 21-22-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Aprelin 23-24-də gündüz hava şəraitinin nisbətən sabitləşəcəyi, yağıntılarda fasilə olacağı gözlənilir. 24-də axşam hava şəraitinin bəzi rayonlarda yenidən yağıntılı olacağı gözlənilir. Mülayim qərb küləyi 21-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturu 8-13°, bəzi yerlərdə 15-18° isti olacaq.
Gəncə-Qazax zonasında aprelin 21-i səhər saatlarından başlayaraq 22-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Aprelin 23-24-də gündüz hava şəraitinin nisbətən sabit olacağı, lakin əsasən axşam saatlarından bəzi yerlərdə yenidən qısamüddətli yağıntılı olacağı gözlənilir. Mülayim qərb küləyi 21-də ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın maksimal temperaturu 18-23, bəzi yerlərdə 25°-dək isti olacaq.
Balakən-Şəki bölgəsində aprelin 21-i səhər saatlarından başlayaraq 22-si gündüzədək hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. gözlənilir. Aprelin 22-si gündüz yağıntılar tədricən kəsiləcək, hava şəraiti mülayimləşəcək, 23-24-də gündüz əsasən yağmursuz keçəcək. Lakin 24-ü yenidən axşam saatlarında hava şəraitinin dəyişəcəyi, bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Mülayim qərb küləyi 21-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturu 15-20° isti olacaq.
Quba-Qusar bölgəsində aprelin 21-i səhər saatlarından başlayaraq 22-si gündüzədək hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Aprelin 22-si gündüz yağıntılar tədricən kəsiləcək, hava şəraiti mülayimləşəcək, 23-24-də gündüz əsasən yağmursuz keçəcək. Lakin 24-ü axşam yenidən hava şəraitinin qısamüddətli dəyişəcəyi, bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.Mülayim qərb küləyi 21-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturu 13-18° isti olacaq.
Mərkəzi Aran bölgəsində bayram günlərində hava şəraitinin mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 21-i gündüzdən 22-si gündüzədək bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi 21-də ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın maksimal temperaturu 20-25° isti, bəzi yerlərdə 25°-dək isti olacaq.
Lənkəran-Astara bölgəsində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 21-i gündüzdən 22-si gündüzədək havanın dəyişəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Mülayim şima-şərq küləyi əsəcək.
Havanın maksimal temperaturu 18-23° isti olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 4 saat əvvəl
-
6 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 7 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
-
12 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
12 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb























