1C proqram təminatları “1C” şirkəti tərəfindən yüksək səviyyədə tədris olunacaq - MEMORANDUM İMZALANIB
Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi (METM) və “1C” şirkətinin ölkəmizdəki rəsmi distribyutoru arasında strateji əməkdaşlıq və birgə təlimlərin keçirilməsi haqqında Memorandum imzalanmışdır.
Sənədi hər iki qurumun rəhbər şəxsləri imzalayıblar.
Anlaşma Memorandumunun mahiyyəti - ölkədə baş verən islahatların, böyük sürətlə irəliləyən müasir informasiya-kommunikasiya texnologiyalarının zəminində, iqtisadiyyatın daha səmərəli inkişafı üçün peşəkar mütəxəssislərin hazırlanmasıdır. Memorandumun məqsədi - qarşılıqlı maraq kəsb edən sahələrdə uğurlu, faydalı və ikitərəfli əməkdaşlığın qurulması, maliyyə, uçot və idarəetmə üzrə kadr hazırlığı sahələrində fəal əlaqələrin yaradılmasıdır.
Birgə əməkdaşlıq çərçivəsində, “1C Academy” olaraq, Azərbaycanda da geniş yayılmış 1C proqram təminatları yüksək səviyyədə “1C” şirkəti tərəfindən təsdiq edilmiş metodologiya əsasında tədris olunacaqdır. Bütün təlim iştirakçılarına “1C” şirkəti tərəfindən təsdiq edilmiş dinləyici sertifikatları təqdim ediləcəkdir. Təlim iştirakçılarından sınaq imtahanlarında uğur əldə edənlərə 1C:Peşəkar sertifikatı təqdim ediləcəkdir. 1C:Peşəkar sertifikatı tədris olunan proqram təminatında peşəkar səviyyədə işləmə biliklərinə malik olmağın təsdiqi sənədidir.
Qeyd edək ki, Maliyyə Elm-Tədris Mərkəzi (METM) maliyyə və mühasibat işçilərinin peşə hazırlığının təkmilləşdirilməsini, yenidən hazırlanmasını, o cümlədən əlavə təhsilinin təşkilini həyata keçirir. Bundan əlavə, Mərkəz dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan mühasibat işçiləri üçün təlimlər təşkil edir və onları müvafiq sertifikatla təmin edir. Bu təlimlərin, eyni zamanda, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin regionlar üzrə (Siyəzən, Şamaxı, Lənkəran, Abşeron, Oğuz, Yevlax, Gəncə, Saatlı) yerli maliyyə qurumlarında yerləşən tədris otaqlarında keçirilməsi də nəzərdə tutulmuşdur.
Tədrisin yüksək səviyyədə təşkili üçün Mərkəzdə müvafiq təlim otaqları təşkil edilmiş və tədris proqramları hazırlanmışdır. Mütəmadi olaraq təlimlərin və sertifikat imtahanlarının sayı artırılacaqdır. İlkin olaraq aşağıdakı təlim proqramları nəzərdə tutulub:
- 1C: Müəssisə platformasında proqramlaşdırma və əyarlama üzrə bir neçə təlim proqramı
- 1C: Mühasibat
- 1C: Əmək haqqı və personalın idarə edilməsi
- 1C: ERP, 1C:Kompleks avtomatlaşdırma (KA) və 1C:Ticarətin idarə edilməsi proqram təminatlarında ticari və anbar funksionallıqları
- 1C: ERP və 1C:KA proqram təminatında xərclərin uçotu və maliyyə nəticələrinin əldə edilməsi
- 1C: ERP və 1C:KA proqram təminatlarında reqlamentləşdirilmiş uçotun (mühasibat və vergi uçotu) təşkili
- 1C: ERP proqram təminatından istehsalın və təmirlərin idarə edilməsi
Maraqlanan şəxslər daha ətraflı məlumat əldə etmək üçün METM-in çağrı mərkəzinə müraciət edə bilərlər.
Əlaqə məlumatları:
Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi
Ünvan: Bakı şəhəri, Nərimanov
rayonu, Heydər Əliyev prospekti
10. AZ 1154
Telefon: (012) 404 81 59, 055 404 81 50 (whatsapp)
Faks: (012) 566 84 77
E-Poçt: [email protected], [email protected]
Facebook: https://www.facebook.com/tedris.maliyye.az
İnstagram: https://www.instagram.com/maliyye_elm_tedris_merkezi
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 4 saat sonra
-
- 11 d. əvvəl
- 19 d. əvvəl
-
22 d. əvvəl
9 ayda Gəncədə 428,5 milyon manatlıq sənaye məhsulu istehsal edilib
- 31 d. əvvəl
-
1 saat əvvəl
Lüks avtomobil qiymətinə iPhone 17 Pro Max: Cəmi 3 ədəd istehsal olunacaq
- 1 saat əvvəl
-
2 saat əvvəl
Xırdalanın yeni mərkəzi - ilkin ödəniş 15%-ə endirilib, mənzillər tək şəxsiyyət vəsiqəsi ilə satılır
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Naxçıvanda ixrac potensialı artıb
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
Azərbaycanda 3 bankın gözlənilməz gəlirləri və xərcləri var
Rəsmi məzənnələr açıqlandı
Xırdalanın yeni mərkəzi - ilkin ödəniş 15%-ə endirilib, mənzillər tək şəxsiyyət vəsiqəsi ilə satılır
Ən çox oxunanlar
Azərbaycanlıların Türkiyədən ev alışında Oktyabr rekordu
İrşad-da 15 noyabrda "Yaşıl Cümə" başlayır!
Starbucks-ın baristaları böyük aksiyaya hazırlaşır
219 təmirli mənzil kirayə yolu ilə vətəndaşlara satılır - aylıq ödəniş 347 manatdan başlayır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
BOKT illik 18 faizlə 1 milyon manat cəlb edir










.jpg)






.jpg)



