Azərbaycanda fırlanan restoranların sayı artacaq – YERLİ ŞİRKƏT MEXANİZM TƏKLİF EDİR
“Karvan-L” şirkətinin direktoru yeniliklərdən danışdı“Karvan-L” MMC-nin icraçı direktoru Rəna Qəfərova şirkətdəki yeniliklərdən danışıb.
O, Marja-ya müsahibəsində bildirib ki, 1993-cü ildə əsası qoyulan “Karvan-L” şirkəti ötən dövr ərzində fəaliyyətini genişləndirərək müxtəlif sənaye sektorlarında fəaliyyət göstərən çoxprofilli təşkilata çevrilmişdir. Əsasən kimya sənayesi sahəsinə aid olan məhsullar xarici ölkələrə ixrac olunur.
Şirkət bir çox yerdə yanacaqdoldurma məntəqlələrinin tikintisi, dizaynı ilə, həmçinin ölkə daxili və xaricdə tanınmış iaşə obyektlərinin layihə rəhbəri olmuş, işləri müvəffəqiyyətlə yekunlaşdırmışdır.
“2008-ci ildən etibarən “KARVAN-L” tikinti sahəsində istifadə olunan şüşə məhsulların istehsalına başlayıb. Hal-hazırda bura dinamik şəkildə inkişaf edən müəssisədir və onun məhsullarına həm Azərbaycanda həm də ölkə hüdudlarından kənarda yüksək tələbat mövcuddur. Şirkətin əsas istiqaməti tikinti sektoru üzrədir. Müasir fasad və mürəkkəb metal konstruksiyaların quraşdırılması kimi böyük layihələrə imza atmışdır. “Karvan-L” müasir fasad və mürəkkəb metal konstruksiya işləri üzrə Azərbaycanla yanaşı Gürcüstanda və Rusiyada bir çox işləri uğurla başa çatdırmışdır.
Şirkət eyni zamanda 360 dərəcə avtomatik fırlanan mexanizimlər də təklif edir. Bu mexanizm üzərində tikilən iaşə və digər xidmət obyekti avtomatik olaraq 360 dərəcə fırlana bilir. Əsasən iaşə obyektlərində, restoranlarda, istirahət və oyun məkanlarında istifadə edilən bu mexanizm 1 saat ərzində 360 dərəcə fırlanmanı təmin edə və ərazini əhatə edə bilir. Elə qarşından da mövsümü gəlir. Bu da obyekt sahiblərinin müştəri sayını artıracaq. Həm restoran sahibləri, həm də müştərilər xidmətdən xeyli məmnun qalacaqlar. Eyni zamanda, şirkət hazırda Rusiyada böyük layihəni icra edir”,- Rəna Qəfərova bildirib.
Şirkətin İcraçı direktoru qeyd edib ki, “Karvan-L” bundan başqa parklarda oturacaqların, söhbətgahların (besetkaların) hazırlanması və quraşdırılması sahəsində də uğurlu işlər həyata keçirib.
Eyni zamanda orqanik kənd təsərrüfatı məhsulları yetişdirmək, sənaye məhsulları, avadanlıqların istehsalı və təmir, tullantıların qəbul edilməsi və emalı kimi xidmətləri də sizlər üçün təklif edir.
Daha ətraflı məlumatı şirkətin “karvanl.com” saytından xəbərdar ola bilərsiniz.
Əlaqə: + 994 55 214 48 77
Email: [email protected]
Web: karvanl.com
İnstagram: karvanlgroup
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
- 1 d. əvvəl
-
8 d. əvvəl
Turizm şirkəti reklamda qiymətləri Azərbaycan manatı ilə göstərmədiyi üçün cərimələnib
-
10 d. əvvəl
Quşçuluq şirkətinin adı dəyişdirilir, fəaliyyətinin bərpası məqsədilə investisiyalar cəlb edilir
-
37 d. əvvəl
İxtira müəlliflərinə patentdən əldə edilən gəlirin yarısı çatacaq
- 42 d. əvvəl
-
47 d. əvvəl
Google-ın Wiz-i 32 milyard dollara satın almasına icazə verildi
-
51 d. əvvəl
“Hadisələrin xəritəsi” adlı yeni layihə üzərində iş aparırıq"
-
53 d. əvvəl
Azərbaycan və ABŞ süni intellekt sahəsində əməkdaşlıq edəcək
- 58 d. əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Quşçuluq şirkətinin adı dəyişdirilir, fəaliyyətinin bərpası məqsədilə investisiyalar cəlb edilir
Google-ın Wiz-i 32 milyard dollara satın almasına icazə verildi
“Hadisələrin xəritəsi” adlı yeni layihə üzərində iş aparırıq"
Ən çox oxunanlar
Azərbaycan və ABŞ süni intellekt sahəsində əməkdaşlıq edəcək
"Ərazi sularınızın qorunması ilə bağlı Azərbaycana bəzi yeni qayıqları göndərəcəyik"
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
"TRIPP layihəsi Azərbaycana əlavə iqtisadi imkanlar yaradacaq"
ABŞ-ın Vitse-prezidenti ilə məhdud və geniş tərkibdə görüş keçirilib

























