Sabahın hava proqnozu açıqlandı
Azərbaycanda aprelin 15-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gündüz qısa müddətə arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 10-14°, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 766 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə havanın arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 8-11°, gündüz 22-27° isti, dağlarda gecə 0-5°, gündüz 5-10° isti olacağı proqnozlaşdırılır.
Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə havanın arabir yağıntılı olacağı ehtimalı var. Bəzi rayonlarda arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-8°, gündüz 17-22° isti olacağı bildirilir.
Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün ikinci yarısında bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Bəzi rayonlarda arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6°, gündüz 8-13° isti olacağı ehtimal edilir.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə havanın arabir yağıntılı olacağı ehtimalı var. Bəzi rayonlarda arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6°, gündüz 8-13° isti olacağı ehtimalı var.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Bəzi rayonlarda arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-10°, gündüz 18-23° isti olacağı gözlənilir.
Mingəçevir şəhərində, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağıntılı olacağı ehtimalı var. Bəzi rayonlarda arabir duman olacaq. Şərq küləyi əsəcək, bəzi şərq rayonlarında arabir güclənəcək. Havanın temperaturu gecə 4-9°, gündüz 15-20° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.
Şirvan şəhərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi rayonlarda arabir duman olacaq. Şərq küləyi əsəcək, arabir sürətlənəcək. Havanın temperaturunun gecə 8-11°, gündüz 22-27° isti olacağı proqnozlaşdırılır.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Cəlilabad rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-13°, gündüz 19-24° isti, dağlarda gecə 5-8°, gündüz 13-18° isti olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi






.jpg)
.jpg)






.jpg)





