Dövlət Xidməti uyğunluğu qiymətləndirən qurumlara xəbərdarlıq etdi
AİBNDX xatırladır ki, məlumatları Dövlət Reyestrinə daxil edilməmiş standart nümunələrin və ölçmə vasitələrinin istehsalı, idxalı, satışı və istismarı qadağandır.İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (AİBNDX) ölçmə vasitələrinin yoxlanılması, kalibrlənməsi, habelə sertifikatlaşdırma fəaliyyəti ilə məşğul olan uyğunluğu qiymətləndirən akkreditasiya edilmiş müstəqil qurumların fəaliyyətinə nəzarət tədbirlərini davam etdirir.
Xidmətdən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, bəzi hallarda akkreditasiya edilən uyğunluğu qiymətləndirən qurumlar tərəfindən tipi təsdiq edilməmiş, habelə məlumatları Dövlət reyestrinə daxil edilməmiş standart nümunələrin və ölçmə vasitələrinin qanunsuz yoxlanılması və ya kalibrlənməsi həyata keçirilir.
Qanunvericiliyə əsasən dövlət tənzimlənməsinin şamil olunduğu sahələrdə tətbiq edilən standart nümunələrin və ya ölçmə vasitələrinin tipi təsdiq edilməli və müvafiq sertifikatla təmin edilməlidir. Tipin təsdiqi və bu barədə sertifikatın verilməsi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən həyata keçirilir. Tip təsdiq edilərkən onun dəqiqlik göstəriciləri, yoxlamalararası intervalı və yoxlama metodikası müəyyən edilir. Tipi təsdiq edilmiş standart nümunələr və ölçmə vasitələri barədə məlumatlar Dövlət Xidməti tərəfindən aparılan Dövlət Reyestrinə (http://metrology.az) daxil edilir.
Məlumatları Dövlət Reyestrinə daxil edilməmiş standart nümunələrin və ölçmə vasitələrinin istehsalı, idxalı, satışı və istismarı qadağandır. Bu cür qanun pozuntularına yol verən, habelə akkreditasiya haqqında qanunvericiliyin tələblərinə əməl etməyən uyğunluğu qiymətləndirən qurumlar məsuliyyət daşıyırlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 14 saat sonra
-
- 9 saat sonra
-
7 saat əvvəl
219 təmirli mənzil kirayə yolu ilə vətəndaşlara satılır - aylıq ödəniş 347 manatdan başlayır
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək"
-
7 saat əvvəl
“Kristal”dan şəhər həyatında fərq yaradan “Geniş və funksional həyət” konsepti!
-
7 saat əvvəl
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
- 7 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
BOKT illik 18 faizlə 1 milyon manat cəlb edir
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
Ən çox oxunanlar
"Özbəkistan Azərbaycana 21,8 milyon dollar, Azərbaycan Özbəkistana isə 183,5 milyon dollar sərmayə qoyub"
"Prime Cotton" sənaye avadanlıqlarının satışını elan edir
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına tam əməl edə bilmir
Azərbaycan dövlət büdcəsindən xərcləməyi azaldıb
















.jpg)



.jpg)



