"Müştərilərimizin 70%-i öz könüllü avtomobil sığortasını rəqəmsal kanallarımız vasitəsilə yeniləmişdir"
"Ötən ilin əvvəllərində onlayn satış platformamız vasitəsilə sığorta məhsullarının satışı rəqəmsallaşdı. Beləliklə, biz müştərilərə bir neçə kanaldan müraciət etmək şansı yaradaraq müştəri səyahətini asanlaşdırdıq".
PAŞA Sığorta şirkəti İdarə Heyətinin sədri Ülviyyə Cabbarova ilə 2022-ci ilin yekunları mövzusunda danışarkən bildirib.
Ülviyyə Cabbarova "Sığortalılarımız bu platformalardan qeydiyyatdan keçərək öz şəhadətnamələrini yeniləmək, həkimə qeydiyyatdan keçmək, baş vermiş hadisələrini bildirməklə yanaşı, digər funksiyalardan da istifadə edə bilirlər", - deyərək sözlərinə belə davam edib: "Rəqəmsal kanallarımızın istifadəyə verilməsindən 1 ildən az müddət keçməsinə baxmayaraq biz artıq onun nəticələrini görə bilirik. Hazırda mobil əlavə üzrə 34.000-dən artıq aktiv isifadəçi mövcuddur. Hətta, müştərilərimizin 70%-i öz könüllü avtomobil sığortasını yeni kanallarımız vasitəsilə yeniləmişdir".
Şirkətin sədri qeyd edib ki, 2022-ci ildə PAŞA Sığortanın ümumi sığorta yığımları 213 milyon 646 min manat, sğorta ödənişləri 68 milyon 457 min manat təşkil etmişdir.
Ülviyyə Cabbarova əlavə edib:
"PAŞA Sığortanın 2022-ci il üzrə yekun satış hesabatına 3 əsas məhsul üzrə nəzər salmaq istərdim. Ötən il avtomobil, əmlak və tibbi sığorta məhsulları üzrə satışlarımızda artım olmuşdur. Lakin 2021-ci il ilə müqayisədə ötən il fərdi sığorta istiqamətində həyata keçirdiyimiz layihələrin və təşəbbüslərin nəticəsi olaraq tibbi sığorta üzrə 144%, əmlak sığortası üzrə 64%, avtomobil sığortası üzrə 16% artımı xüsusilə vurğulamaq istərdim.
Bu sadəcə sözügedən sığorta növlərinin populyarlığı ilə bağlı deyil, həm də qoyulan məqsədə çatmaq üçün sistemli fəaliyyətimizin nəticəsidir. Xüsusilə yeni müştərilərin cəlb edilməsinə hədəflənən yeni məhsullar, marketinq kampaniyaları, rəqabətli tariflər, eləcə də müştərilərlə xidmət və kommunikasiyanın keyfiyyətinin artırılması istiqamətində görülən işlərin təsiri böyükdür".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
11 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir



















.jpg)
