Kreditorların Elektron Portalı fəaliyyətə başladı - VİDEO
Əmanətlərin Sığortalanması Fondunun ərsəyə gətirdiyi Kreditorların Elektron Portalı fəaliyyətə başladıBildiyiniz kimi, Əmanətlərin Sığortalanması Fondu ötən il ləğv prosesində olan (LPO) bankların kreditorlarının elektron portalının layihəsinin təqdimatını həyata keçirmişdi. Təqdimatda bankların ləğv prosesini şəffaf şəkildə həyata keçirmək, ləğv prosesində olan bankların kreditorlarını vaxtında məlumatlandırmaq, kreditorlarla əlaqələri genişləndirmək, habelə onların maraqlarını qorumaq məqsədilə elektron portalın yaradılması zərurəti vurğulanmışdı.
Fondun yaydığı məlumatda bildirilir ki, Kreditorların Elektron Portalı artıq LPO bankların kreditorlarının istifadəsinə hazırdır.
Elektronlaşma dövrünün geniş vüsət aldığı bir zamanda, habelə Covid-19 pandemiyasının və gələcəkdə bu qəbildən ola biləcək mümkün təhlükələri nəzərə aldıqda Kreditorların Elektron Portalının istifadəyə verilməsi xüsusi əhəmiyyətə malikdir. Bu, şübhəsiz ki, ləğv prosesində olan bankların kreditorları üçün məlumatların əlçatanlığının daha sadələşdirilmiş şəkildə təmin edilməsinə öz töhfəsini verəcəkdir.
Ləğv prosesində olan bankların kreditorları portala “ASAN Login”dən istifadə etməklə daxil ola bilərlər. Portala daxil olan hər bir istifadəçi öz “Müştəri kabineti”ndə ona aid məlumatların doğruluğunu yoxlaya, habelə əlavə edə (əlaqə vasitələri) bilər. Kreditorlar portal vasitəsilə hesabatlarla tanış olmaqla yanaşı, kreditlər üzrə təminat kimi yüklü edilmiş əmlakların girovdan azad edilməsi və vətəndaş qəbulu üçün tam şəffaf şəkildə, vaxtlarına qənaət edərək, onlayn şəkildə müraciət edə biləcəklər.
Əmanətlərin Sığortalanması Fondunun hədəfi ləğvedici təyin olunduğu bankların ləğv prosesinin daha effektiv və çevik şəkildə başa çatdırılmasıdır və portalın istifadəyə verilməsi Fond ilə ləğv prosesində olan bankların kreditorları arasında məlumat mübadiləsində, habelə ləğv prosesinin sürətləndirilməsində böyük rol oynayacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 10 d. əvvəl
- 13 d. əvvəl
- 15 d. əvvəl
- 16 d. əvvəl
- 19 d. əvvəl
- 20 d. əvvəl
- 12 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Ən çox oxunanlar
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu






.jpg)
.jpg)






.jpg)


