"Bakı Sığorta"nın satışları artıb, ötən ili xalis mənfəət ilə başa vurub
"Bakı Sığorta" ASC 2022-ci ili 102 min 673 manat xalis mənfəət ilə başa vurub. Halbuki Şirkət 2021-ci ili gəlirinin bir hissəsini sığorta ehtiyatına ayırdığı üçün 1 milyon 712 min manat xalis zərər ilə bağlamışdı.
Marja.az xəbər verir ki, 2022-ci ildə "Bakı Sığorta"nın cəmi əməliyyat gəlirləri 7 milyon 52 min manat, cəmi əməliyyat xərcləri 6 milyon 933 min manat, əməliyyat mənfəəti 119 min manat təşkil edib. 2021-ci ildə Şirkətin cəmi əməliyyat gəlirləri 3 milyon 890 min manat, cəmi əməliyyat xərcləri 5 milyon 601 min manat, əməliyyat zərəri 1 milyon 712 min manat təşkil etmişdi.
"Bakı Sığorta" ASC-nin hesabladığı sığorta haqları 2021-ci ildə 4 milyon 741 min manat ikən, 2022-ci ildə 6 milyon 342 min manata yüksəlib (33,8% və ya 1 milyon 601 min manat artıb). Şirkətin sığorta ödənişləri isə 1 milyon 295 min manatdan 2 milyon 495 min manata qalxıb (92,7% və ya 1 milyon 200 min manat artıb).
Ötən il "Bakı Sığorta"nın investisiya gəlirləri 2021-ci illə müqayisədə 2022-ci ildə cüzi azalaraq 731 min manat təşkil edib (2021-ci ildə 735 min manat olmuşdu).
Qeyd edək ki, “Bakı Sığorta” ASC-nin səhmdarları “Bank Respublika” ASC, “Diamond Motors” MMC, “Ekolizinq” MMC, “Toyota Abşeron Center” MMC, “Yeni Motor” MMC və 2 fiziki şəxsdir. Şirkətin nizamnamə kapitalının həcmi 8 milyon 925 min 444 manat təşkil edir. Şirkət 27 növ üzrə sığorta xidmətləri təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
13 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir


















.jpg)

