İrandan Azərbaycana gətirilmiş rəngli bibərlərdə zərərli virus aşkarlandı, dərhal poliqonda məhv edildi
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
AQTA-nın yaydığı məlumatda bildirilir ki, nəzarət tədbirləri çərçivəsində Agentliyin əməkdaşları “Nur Agro 2021” MMC tərəfindən İran İslam Respublikasından idxal olunan 5 ton 890 kiloqram rəngli bibər məhsulundan nümunələr götürərək təhlükəsizlik göstəricilərinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edib. Müayinələr nəticəsində məhsulda karantin tətbiq edilən zərərli orqanizm olan qonur qırışıqlıq virusu aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Karantin tətbiq olunan zərərli orqanizmlə sirayətlənmiş məhsul “Təhlükəli Tullantılar” MMC-yə məxsus poliqonda məhv edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 14 saat əvvəl
-
16 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 16 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 21 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















