“Thales” şirkətlər qrupunun Bakıda regional nümayəndəliyi açılır
Şkət Azərbaycanda nəqliyyat sahəsində fəaliyyət göstərən əsas tərəfdaşlarla, o cümlədən "Azərbaycan Dəmir Yolları" QSC ilə yaxından əməkdaşlıq etməyi planlaşdırır.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü zamanı “Thales” şirkətinin Azərbaycan və Gürcüstan üzrə təmsilçisi Henrik Klaner bildirib ki, şirkət Bakıda regional nümayəndəlik yaradır.
Beynəlxalq miqyasda nəqliyyat, təchizat və sənaye sahəsində tanınmış “Thales” şirkətlər qrupunun Bakıda açılacaq yeni nümayəndəliyi Azərbaycan da daxil olmaqla, şirkətin Gürcüstan və Mərkəzi Asiya ofislərinin fəaliyyətini koordinasiya edəcək.
Henrik Klaner bildirib ki, şirkət Azərbaycanda nəqliyyat sahəsində fəaliyyət göstərən əsas tərəfdaşlarla, o cümlədən "Azərbaycan Dəmir Yolları" QSC ilə yaxından əməkdaşlıq etməyi planlaşdırır.
Azərbaycanın regionun əsas nəqliyyat mərkəzlərindən birinə çevrildiyini qeyd edən Klaner “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizləri üzrə dəmir yolu infrastrukturunun müasirləşdirilməsi istiqamətində ADY ilə potensial əməkdaşlıq imkanları haqqında ətraflı danışıb.
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 14 saat sonra
-
-
8 saat əvvəl
Hökumətdə iclas keçirilib, sahibkarların qaldırdığı məsələlər müzakirə olunub, qərarlar qəbul olunub
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
-
9 saat əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 9 saat əvvəl
-
10 saat əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
10 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABB-dən 100 milyon manatlıq istiqraz
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
Ən çox oxunanlar
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb





















