Qida və yem məhsulları nümunələrinin sınaq laboratoriyalarında tədqiqinə dair xidmət haqqı müəyyənləşib
“Qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların nümunələrinin sınaq laboratoriyalarında tədqiqinə (sınağına) görə xidmət haqqının məbləği” təsdiq edilib.
Marja xəbər verir ki, bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Müəyyən olunub ki, bu Qərarda təsdiq edilmiş xidmət haqqının məbləği “Qida Təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 24.13-cü, 25.6-cı, 26.4-cü və 31.4-cü maddələrində qeyd edilən məqsədlərlə götürülmüş məhsul nümunələrinin tədqiqi (sınağı) Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun akkreditasiya edilmiş sınaq laboratoriyalarında aparıldığı halda tətbiq edilir.
Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir.
“Qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların nümunələrinin sınaq laboratoriyalarında tədqiqinə (sınağına) görə xidmət haqqının məbləği cədvəli ilə bu linkdən tanış olmaq mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 19 saat əvvəl
-
21 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















