Kapital Bank-la sahibkar xanımlar e-ticarət sahəsində dünyaya çıxacaq!
(®️)Kapital Bank hər il olduğu kimi bu il də 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində “Women of Azerbaijan” platforması çərçivəsində sahibkar xanımlara yeni fürsətlər təqdim edir.
Bu il “Azərbaycan qadını e-ticarətlə dünyaya çıxır!” adlı yeni və maraqlı layihəni təqdim edir.
Layihə çərçivəsində ölkənin həm sahibkar, həm də sahibkar ruhlu qadınlarına dünyanın dörd bir yanına məhsul satışı etmək yollarını göstəriləcək. Belə ki, 3 ay davam edəcək layihədə “Amazon” və “eBay” kimi qlobal platformalarda hesab açmaq, onlayn satış etmək, hədəfli reklam strategiyası yaratmaq kimi bir çox mövzuda təlimlər və vörkşoplar keçiriləcək.
Layihədə iştirak etmək istəyənlər 8 mart – 22 mart 2023-cü il tarixləri aralığında https://woa.az/ saytına keçid etməklə qeydiyyatdan keçə bilərlər. Aprel ayının 3-dən etibarən bu sahədə peşəkar olan şəxslər tərəfindən təlimlər və vörkşoplara start veriləcək. Əgər siz də e-ticarət dünyasında uğurla addımlamaq istəyirsinizsə, elə indi qeydiyyatdan keçə bilərsiniz.
Qeyd edək ki, Azərbaycan qadını hər zaman öz məğrur xasiyyəti, ailə dəyərlərinə sadiq olması və cəmiyyətin formalaşmasında müstəsna rolunun olması ilə seçilib. Lakin bütün bu xüsusiyyətlərə baxmayaraq ölkədəki qadınlar kişilər ilə müqayisədə sahibkarlıq, karyera inkişafı və rəhbər vəzifələrdə təmsil olunmaları baxımından daha az göstəricilərə malikdirlər. Bu kimi layihələr qadın sahibkarların inkişaf etməsinə müsbət təsir göstərəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 9 d. əvvəl
-
-
58 d. əvvəl
Prezident İlham Əliyev məişət tullantıları daşıyan texnikalarla tanış olub
-
1 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"İrana hücumlar hədəflərimizə çatana qədər davam edəcək. Daha çox Amerika əsgəri ölə bilər"
- 2 saat əvvəl
-
2 saat əvvəl
OPEC+ apreldə hasilatı artıracaq - Neft qiymətlərinin sıçrayışı ilə bağlı xəbərdarlıq
-
3 saat əvvəl
Analitiklər neftin qiymətinin 100 dollara qalxa biləcəyini proqnozlaşdırırlar
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir
Həyat sığortası üzrə ödənişlər 40%-ə yaxın artıb
"İrana hücumlar hədəflərimizə çatana qədər davam edəcək. Daha çox Amerika əsgəri ölə bilər"
Rəsmi məzənnələr açıqlandı
OPEC+ apreldə hasilatı artıracaq - Neft qiymətlərinin sıçrayışı ilə bağlı xəbərdarlıq
Neft İranda müharibə ilə əlaqədar olaraq kəskin bahalaşdı
Tramp: İran danışıqlar aparmaq istəyir, mən də qəbul etdim
“Azerbaijan Business Award - 2025” mükafatının təqdimetmə mərasimi keçirildi - LAUREATLAR























